Xəbər lenti

"Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi
Ekonomiks13:15 26.01.2021

"Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Aztelekom” MMC elektrik qida qurğularının satınalınması üzrə keçirilən müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, "Aztelekom” 80 dəst AC-380V / DC 48V-nin alınması üçün 635 min 312 manat xərcləyəcək.
Qalib şirkət isə son 2 ildə 8 satınalmanı qazanan "SUPPLY-A" MMC olub. 
Şirkət 2015-ci ilin mart ayının 18-də yaradılıb, hüquqi ünvanı Şamaxı rayonu Şəhriyar qəs., ev 7/10, m. 1, nizamnamə kapitalı isə 10 manatdır. Qanuni təmsilçisi isə İlqar Novruzovdur.
Orxan Əhmədli