Xəbər lenti

AzTV-də kütləvi koronavirusa yoluxma - Sədr müavinin də testi pozitiv çıxdı
Ölkə08:17 25.06.2020

AzTV-də kütləvi koronavirusa yoluxma - Sədr müavinin də testi pozitiv çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də koronavirus sürətlə yayılıb.
Qaynarinfo xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.
Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı, AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.