AzTV-nin keçmiş aparıcısı Ceyran Rəhimova uzun fasilədən sonra üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərli "İnstagram"da son illər efirdən uzaq düşən teleaparıcı ilə fotosunu paylaşıb. İfaçı fotoya "Etibarlı və dəyərli, illərin dostu Ceyranla" şərhini verib.
Maraqlıdır ki, Ceyran xanımın fotosuna münasibət birmənalı olmayıb. İzləyicilərin bəziləri onun dəyişmədiyini, bəziləri isə tanınmaz olduğunu yazıb.
Xatırladaq ki, C.Rəhimova 1995-ci ildən, 23 yaşından efirdədir. Tamaşaçılar onu daha çox "Sən bir nəğmə" proqramının aparıcısı kimi tanıyır.