Xəbər lenti

Azyaşlı əməliyyatdan bir gün sonra öldü - İmişlidə
Ölkə19:05 13.12.2016

Azyaşlı əməliyyatdan bir gün sonra öldü - İmişlidə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də “kriptorxizm” diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az