Xəbər lenti

Bacı qardaşından hamilə qaldı - RÜSVAYÇILIQ
Ölkə09:46 03.05.2013

Bacı qardaşından hamilə qaldı - RÜSVAYÇILIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonunda hər kəsin əsəblərini tarıma çəkəcək olayla bağlı şok məlumatlar əldə etmişik. AzNews.az-a daxil olan məlumata görə, rüsvayçı hadisə rayonun Mollaoba kənd sakini Təhmasib Muradovun ailəsində qeydə alınıb. 

Belə ki, adı çəkilən şəxsin 24 yaşlı oğlu Elçin Muradov 7-ci sinifdə oxuyan bacısı ilə cinsi əlaqədə olub. Faktın üstü isə xəstəxanada açılıb. Belə ki, qızını səhhətindəki problemlə əlaqədar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirən ailəyə onun 2 aylıq hamilə olduğu deyilib.

Ailə faktı gizlətməyə çalışsa da, xəstəxana bu barədə polisi məlumatlandırıb. Xəstəxananın Qadın Məsləhətxanasının baş həkimi Kəmalə xanım açıqlamasında faktla bağlı polisə məlumat verdiyini deyib: “Polisə məlumat vermişik də, gəlib lazım olan adamı aparıblar da. Polislə müstəntiq gəlmişdi”.

Xaçmaz RPİ-nin rəisi Şəhriyar Şəmşirli açıqlamasında bildirib ki, fakt araşdırılır: “Qardaşla bacı öz aralarında razılaşıblar. Zorlanma faktı yoxdur. Bir qələt eləyiblər də”.

Qaynar.info