Xəbər lenti

Badamdar sürüşmə zonasındakı çatlar genişlənib
Ölkə06:32 25.10.2018

Badamdar sürüşmə zonasındakı çatlar genişlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasındakı çatlarda nisbi genişlənmə olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfoya verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir. Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Həmçinin yuxarı hissədə yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.