Xəbər lenti

Bahar Muradova: "Biz bu dəvəti hazırda şifahi etmişik"
Siyasət08:20 06.07.2013

Bahar Muradova: "Biz bu dəvəti hazırda şifahi etmişik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT Parlament Assambleyasının (PA) Monteneqroda keçiriləcək payız sessiyası Azərbaycanda prezident seçkilərinin vaxtı ilə üst - üstə düşdüyündən qurumun seçkiləri müşahidə missiyasının Azərbaycana gələcəyi sual altındadır.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisinin vitse spikeri, ATƏT PA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O qeyd edib ki, buna baxmayaraq ATƏT PA-nın bu günlərdə öz işini başa vuran yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbərliyi tərəfindən həm qurumun baş katibinə, həm də daimi komitənin üzvlərinə müraciət olunub: “Bildirildi ki, Azərbaycanda keçiriləcək seçkilərə müşahidə missiya göndərilməsi vacibdir və bununla bağlı missiyanın göndərilməsi üçün dəvətimizi də etdik. Biz bu dəvəti hazırda şifahi etmişik və prezident seçkilərinin günü rəsmən elan olunduqdan sonra yazılı formada da Milli Məclis adından onları seçkiləri müşahidə etməyə dəvət edəcəyik”.

Qaynar.info