
Ermənistanın ali rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqları irəliyə aparmaq üçün hansısa addımları olmayacaqsa, iki ölkənin parlamentarilərinin görüşünün də müsbət nəticə ilə bitəcəyinə ümidim yoxdur.
Trend-in məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova verib.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentarilərinin görüşünün keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə konkret təklif daxil olmayıb.