Xəbər lenti

Bakı Dövlət Sirki beynəlxalq DZİVA şousu ilə Gəncədə
Sənət12:01 17.04.2023

Bakı Dövlət Sirki beynəlxalq DZİVA şousu ilə Gəncədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dövlət Sirki Gəncəyə səfər edib.
Bu barədə Qaynarinfo-ya məlumatı mədəniyyət ocağının mətbuat xidmətinin rəhbəri Gülşanə Mustafayeva verib. Onun sözlərinə görə, səfər zamanı kollektiv geniş tamaşaçı rəğbəti qazanan beynəlxalq DZİVA sirk şousu ilə çıxış edəcək.
Allahverdi İsrafilovun təqdimatında  olan DZİVA şousu 4-9 may tarixlərində Gəncə İdman Olimpiya Kompleksində nümayiş olunacaq. Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrilovun şir və pələnglərlə unikal çıxışları şounu bənzərsiz edəcək.
Bahar Rüstəmli