Xəbər lenti

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Ölkə05:49 18.08.2023

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tərsanə" firması Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Qaynarinfo-nun Pravda.az-a istinadən məlumatına görə, bu barədə firma Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, "Tərsanə" firması inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələbi irəli sürüb. İş hakim Miminat Hacıbəyovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.