Xəbər lenti

“Bakı İrəvanla əlaqələrimizin normallaşmasına dəstək verir”
Siyasət13:05 16.03.2022

“Bakı İrəvanla əlaqələrimizin normallaşmasına dəstək verir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cənubi Qafqazda sülh üçün Rusiya ilə çalışmalıyıq. Ermənistan ilə əlaqələrimizi də normallaşdırmağa çalışırıq".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Eyni zamanda, Azərbaycan da bizə Ermənistan ilə əlaqələrimizin normallaşmasında dəstək verir. Biz, həmçinin Rusiyanın da Cənubi Qafqazda sülhün təminatına dəstəyini hiss edirik. Türkiyə olaraq qayəmiz sadəcə sülhdür”,- deyə Çavuşoğlu vurğulayıb.