Xəbər lenti

Bakı klubunun baş məşqçisi istefa verdi
İdman09:10 24.01.2021

Bakı klubunun baş məşqçisi istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib.
Qaynarinfo-nun klubun rəsmi saytına istinadən məlumatına görə, keçirilən görüşdən sonra Hüseynovun istefası qəbul olunub.
55 yaşlı mütəxəssis "Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.
Rəhbərlik də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Yunis Hüseynov "Keşlə"yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.