Sosial şəbəkələrdə Bakı küçələrində peyda olan zirehli texnikaların videosu yayılıb.
Həmin videonu iyunun 11-də euronews.az saytı “youtube” portalına yerləşdirib.
Videogörüntüdə zirehli transportyorlardan ibarət karvan gecə saatlarında avtomobil yolu ilə hərəkət edir. Sosial şəbəkələrdə müzakirə olunan bu görüntülər bəzi vətəndaşlar arasında həyəcan yaradıb.
Qaynar.info-nun xəbərinə görə, “Azadlıq” radiosunun bununla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətindən narahatlığa ehtiyac olmadığını bildiriblər:
“İyunun 11-də Silahlı Qüvvələrin zirehli transportyorlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq məqsədilə yerdəyişmə axşam saatlarında həyata keçirilib”.
Qaynar.info