Xəbər lenti

"Bakı-London əlaqələri yeni mərhələyə qədəm qoyur" - Ekspert
Siyasət08:15 20.06.2023

"Bakı-London əlaqələri yeni mərhələyə qədəm qoyur" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan ətrafında yaranmış qarayaxma kampaniyasının qarşısını almaq, informasiya cəhbəsini genişlənmdirmək baxımından belə görüşlər təqdirəlayiqdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Böyük Britaniyaya səfərini şərh edərkən deyib. 
"Azərbaycanla Böyük Britaniya arasında münasibətlər daim inkişaf edir. Bir sıra qlobal problemlərə münasibətdə Bakı ilə Londonun mövqeyi üst-üstə düşür. Ukraynada baş verən hadisələrə münasibət məsələsində də hər iki dövlətin mövqeyi eynidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə London hər zaman dəstək verib. Britaniya hər zaman, hətta 44 günlük müharibə dövründə də Azərbaycana dəstəyini ifadə edib”, deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert hesab edir ki, Azərbaycanın Böyük Britaniya ilə əməkdaşlığı strateji xarakter kəsb edir: 
"Böyük Britaniya Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının qarşısınn alınmasında müstəsna rola malikdir.  Azərbaycan XİN rəhbərinin Londona səfəri iki dövlət arasındakı münasibətlərdə inkişafa xidmət edəcək bir səfərdir. Belə görüş və səfərlər ölkəmiz üçün xüsusilə indiki şəraitdə olduqca əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması, məlumatlanması baxımından da sözügedən səfərin əhəmiyyəti böyükdür. Güman edirəm ki, Azərbaycan XİN-i bu fürsətdən bir daha istifadə edəcək. Azərbaycan ətrafında yaranmış qarayaxma kampaniyasının qarşısını almaq, informasiya cəhbəsini gerçək həqiqətlərlə məlumatlandırmaq mənasında belə görüşlər təqdirəlayiqdir. XİN rəhbərini London səfəri də bu mənada böyük əhəmiyyət kəsb edir”. 
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində nazirin  Azərbaycanla Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Habelə, Ceyhun Bayramovun bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları da planlaşdırılır. 
Rüfət Sultan