
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətə mənfi cavab verib.
Bu barədə azadliq.info-ya Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı məlumat verib. BŞİH-in cavabında bildirilir ki, mayın 3-də başqa kütləvi tədbir nəzərdə tutulur. Bu səbəbdən Milli Şuraya mitinqini mayın 2-də keçirmək təklif olunur.
F.Qəhrəmanlı deyib ki, yaranmış vəziyyət Milli Şura və AXCP rəhbərliyində müzakirə olunacaq və müvafiq qərar veriləcək.
Qaynar.info