Xəbər lenti

Bakı metrosunda problem: Sərnişinlər qatardan çıxarıldı
Ölkə07:26 13.11.2014

Bakı metrosunda problem: Sərnişinlər qatardan çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Bu barədə azvision.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. 

Onun sözlərinə görə, saat 09.38-də “Həzi Aslanov” stansiyasından gələn 4 saylı marşrutda nasazlıq olub: “Koroğlu” stansiyasında sərnişinlər boşaldılıb, qatar depoya göndərilib. Həmin vaxt qatarda 4 dəqiqə gecikmə olub və digər qatarlarda da müəyyən ləngimələr qeydə alınıb. Nasaz qatarın yerinə xəttə başqa qatar buraxılıb”.

N.Paşayev onu da əlavə edib ki, hazırda qatarların hərəkətində problem yoxdur, qatarlarası interval normaldır.

Qaynar.info