Xəbər lenti

Bakı metrosunda qadın davası
Ölkə04:41 27.08.2014

Bakı metrosunda qadın davası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb

Bu gün “Nərimanov” metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar.

Qaynar.info-nun məlumatına görə, milli.az-ın əməkdaşı bildirib ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb.

Bu zərərçəkənin xoşuna gəlməyib və başlayıb qışqırmağa. Qadın qarşıdakı xanımı təhqir etməyə başlayıb.

“Heyvan” sözünü eşidən digər xanım da dözməyib, zərərçəkənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib. Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb.

“Gənclik” metrosunada qadınlardan biri qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.

Qaynar.info