Xəbər lenti

Bakı-Moskva aviareysi təxirə salındı
Ölkə08:06 02.07.2018

Bakı-Moskva aviareysi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 10:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Rusiyanın paytaxtı Moskvanın Domodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli olan 852 saylı avaireys təxirə salınıb.
Qaynarinfo report-a istinafdən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin vaxtında uçmaması sərnişinlərin narazılığına səbəb olub.
Aviaşirkətin rəsmiləri aviareysin yerinə yetirilməməsinin səbəbi barədə məlumat verməsələr də, uçuşun saat 13:00-da yerinə yetiriləcəyini bildiriblər.