"İki ölkə arasında nəzərdə tutulan iqtisadi əməkdaşlıq sonradan kommnukasiyaların açılması və s. mərhələlər həqiqətən olacaqsa, sülh sazişi öz əksini tapacaqsa və dayanıqlı sülh təmin olunacaqsa, dəmir yolu bərpa oluna bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspet Rəşad Həsənov Bakı-Naxçıvan-Türkiyə istiqaməti üzrə hərəkət edən dəmir yolunun bərpasından danışarkən deyib. Ekspert böyük ehtimalla bu yolun bərpa olunacağını bildirib:
"Eyni zamanda bu yol Azərbaycandan keçməklə Naxçıvan, sonra İran üzərindən hərəkət edən bir xətt idi. Sonradan münaqişə nəticəsində həmin xəttin çox yerdən keçən hissəsi dağıdıldı. Təkçə Ermənistan deyil, eyni zamanda işləmədiyi üçün Naxçıvan olan hissəsində də dağıdılıb. İşğal altında olan ərazilərin böyük əksəriyyəti - Zəngilan-Cəbrayıldan keçən hissəsində də həmin dəmir yolunu dağıdıblar”.
Rəşad Həsənov qeyd edib ki, bu dəmir yolu çox əhəmiyyətli dəhlizdir:
"Bu dəhliz əsas iqtisadiyyatın dirçəlməsinə zəmin yaradacaq. Dəhliz Naxçıvandan keçmək şərti ilə Türkiyə-Azərbaycan arasında bir xəttdir. Bu xətt bərpa olunandan sonra Türkiyə-Azərbaycan arasında daşımaların maya dəyərini aşağı salacaq”.
Bahar Rüstəmli