Bu gün bir sıra ərazilərdə elektirik təchizatında yaranan kəsinti səbəbindən svetoforların işində çətinlik yaranıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, svetoforların işinin bərpası üçün müvafiq qurumlarla iş aparılır:
"Lakin bir məsələni bildirim ki, svetoforun işləməməsi yolda hərəkətin iflicinə səbəb olmamalıdır. Hər bir sürücü bilməlidir ki, svetofor işləmədiyi zaman yol nişanlarının tələbi eyni zamanda, nizamlanmayan yolkəsişməsinin keçməsi üçün mövcud qaydalar əsas götürülməklə icra edilir".