Xəbər lenti

Bakı Olimpiya Stadionunda ilk toy olacaq
Maqazin06:38 30.08.2016

Bakı Olimpiya Stadionunda ilk toy olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Bakı Olimpiya Stadionuna cütlüklər daha çox evlilik təklifləri üçün müraciət edir". Bu haqda modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva deyib.
Onun sözlərinə görə, toy etmək üçün müraciət edənlər çox olsa da, indiyədək reallaşan mərasim olmayıb: "Hazırda toy müraciətləri var. Yaxın vaxtlarda stadionda toy baş tutacaq. Amma sifarişçi məlumatın mətbuata çıxmasını istəmir deyə, tarixi və onun kimliyini açıqlaya bilmərik. Həmçinin xaricdən də təkliflər alırıq".
C.Mehdiyeva stadionda azərbaycanlı yüksək çinli məmurun oğlunun toy mərasiminin baş tutmasına dair iddiaların yalan olduğunu deyib.
Toy keçirilməsi üçün sifariş qiymətlərinə gəlincə, qurum rəsmisi bunun fərdi olaraq hesablandığını bildirib: "Biz yalnız yer veririk. Hansısa mərasimin keçirilməsi üçün məbləğ sifarişçi ilə təşkilatçı şirkət arasında fərdi olaraq müəyyən edilir".
Qaynarinfo.Az