Xəbər lenti

Bakı-Qazax yolunda dəhşətli qəza: 3 ölü
Ölkə09:24 30.06.2014

Bakı-Qazax yolunda dəhşətli qəza: 3 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda dəhşətli yol qəzası baş verib. 

APA-nın məlumatına görə, yol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov  və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.