
Hacıqabul rayonu ərazisində “Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini vurulub.
Ans press-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 18-də saat 21 radələrində baş verib.
Hacıqabul rayonunun Padar kəndində Ağstafa rayon sakini Əkbər Dünyamalıyev idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əli Həsənovu vurub.
Piyada hadisə yerində ölmüşdür.
Qaynar.info