
Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyətində Yaşıllaşdırma Birliyində apardığı auditin nəticələrini açıqlayıb və ciddi qanun pozuntuları aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatası qanunvericiliyin tələblərindən irəli gələrək, 2021-ci il ərzində fəaliyyəti barədə hazırladığı illik hesabatda yer alıb.
Hesablama Palatasının Bakı şəhər İH Yaşıllaşdırma Birliyində apardığı auditdə qeyd edilir ki, müəssisənin sənədlərində 1 il ərzində 615 000 ədəddən artıq ağac və iri dibçəklərdə gül alışı alındığı göstərilib.
Palata yazır ki, Birliyin sahib olduğu cəmi 20 kv/metr anbarda 615 min ədəd iri dibçəyi və ağacları saxlamaq real görünmür.
Əlavə olaraq, müəssisə cəmi 3.8 min sahəyə qulluq etdiyi halda büdcədən 12.1 min hektar - 4 dəfə artıq sahə üçün vəsait istəyib.