Xəbər lenti

Bakı-Sumqayıt sürət qatarını daşa basanlar tutuldu
Ölkə11:40 06.11.2021

Bakı-Sumqayıt sürət qatarını daşa basanlar tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşlarının keçkirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan 3 yeniyetmə müəyyən edilərək saxlanılıb.