Xəbər lenti

Bakı-Sumqayıt yolunda 3 qatar yolda qaldı
Ölkə16:53 03.07.2018

Bakı-Sumqayıt yolunda 3 qatar yolda qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
Qaynarinfo xəbər verir ki, bunu "Report"a "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova təsdiqləyib. 
Onun sözlərinə görə, bu istiqamətdə üç qatar yolda qalıb: "Həmin qatarları xüsusi nəqliyyat vasitələri ilə çəkib yaxın stansiyaya yerləşdiriblər. Sərnişinlər isə təxliyyə edilib. Bütün sərnişinlərin ödənişləri özlərinə qaytarılıb". 
S.Qədirova digər istiqamətlərdə hərəkət edən qatarlarda problem olmadığını deyib: "Elektrik qatarları və digər qatarlar gec saatlarda çıxdığından yolda qalanı yoxdur".