Xəbər lenti

Bakı-Sumqayıt yolunda qəza: Ölən var – VİDEO
Ölkə07:42 21.06.2016

Bakı-Sumqayıt yolunda qəza: Ölən var – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Sumqayıt şosesində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo.az Ans-ə istinadən xəbər verir ki, Qaradağ rayon sakini, 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə beton arakəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiyaya uğrayan avtomobilin sürücüsü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib.

Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

Qaynarinfo.az