Eks-prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda “Sən elə bir zirvəsən” adlı konsert təşkil edib.
AzərTAc xəbər verir ki, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.
Konsetdən sonra atəşfəşanlıq olub.
Qaynar.info