Xəbər lenti

Bakıda 14 yaşlı gənc dənizdə batdı
Ölkə17:28 13.07.2014

Bakıda 14 yaşlı gənc dənizdə batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2000-сi il təvəllüdlü Maşalla Dövlət oğlu Ağatağıyev Abşeron rayonu ərazisində dənizdə, “Fatmayi” sularda xilasetmə məntəqəsindən təxminən 1000 m məsafədə, nəzarət olunmayan ərazidə batıb.

Qaynar.info məlumatına görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunubvə axtarışlara başlayıb.

M. Ağatağıyevin cəsədi batdığı yerdən dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qaynar.info