Xəbər lenti

Bakıda 30-35 min taksi qalacaq, qalanları sıradan çıxacaq - Ekspert
Ekonomiks 14:18 01.07.2024

Bakıda 30-35 min taksi qalacaq, qalanları sıradan çıxacaq - Ekspert

"Ümumu təhlillər ondan ibarətdir ki, Bakı şəhərində 30-35 min arasında taksi qalacaq, qalanları sıradan çıxacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, hər bir taksi şərtlərə cavab verməlidir:

"Taksilərin sayında azalma var. Bu günə kimi Bakıda 70 minə yaxın taksi fəaliyyət göstərirdisə, indi onların 24 mindən çoxu sertifikat alıb. 11 mini isə rəsmi qaydada qeydiyyatdan keçib, taksi sürücüsü kimi fəaliyyət göstərir. Say azaldıqca, qiymət artır. Taksi operatorlarının bir neçəsi ilə söhbət aparmışam. Onlar hansısa bir süni intelekt əsasında sistem qurublar. Bu sistem əsasında da avtomatik hasablama aparırlar. Bu gün sertifikat prosesi davam edir".



Elməddin Muradlı hesab edir ki, taksi fəaliyyətində hər hansı faciə baş verməyəcək:
 
"Taksilərin sayı azalır. Bəzi taksi sürücüləri gözləmə mövqeyindədir. Onlar belə fikirləşirlər ki, dövlət tərəfindən güzəştlər olacaq, heç bir cərimə yazılmayacaq. Onlar da köhnə avtomobillərlə işləyəcəklər. Amma belə bir gözlənti yoxdur, ona görə vaxtında müraciət edib sənədlərini qaydaya salıb, fəaliyyətə başlasın. Onlar üçün ən vacib amil bu olmalıdır. Heç kəsə güzəşt olmayacaq. Onların əksəriyyəti başa düşür ki, taksi fəaliyyəti ilə bağlı şərtlərə cavab vermir. Avtomobil təzə, iri olmalıdır".

Ekspertin fikirincə, göstərilən tələblər olmadığına görə sürücülərin böyük əksəriyyəti bu sahədən uzaqlaşıblar:

"Bu səbəbdən say azalıb. İlin sonuna kimi fəaliyyət tənzimlənəcək. Daha qanunsuz fəaliyyət olmayacaq, ona imkan verilməyəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->