Xəbər lenti

Bakıda 36, Ordubadda 40 dərəcə isti olub
Ölkə06:34 18.08.2023

Bakıda 36, Ordubadda 40 dərəcə isti olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 18-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-də günün ikinci yarısında Qusarda qısamüddətli az yağış yağıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu ötən günlərlə müqayisədə bir neçə dərəcə aşağı enərək Bakıda və Abşeron yarımadasında 31-36 dərəcə, Naxçıvan MR-da 35-40 dərəcə (Ordubad 40 dərəcə), Aran rayonlarında 34-38 dərəcə, Gəncə-Qazax zonasında 35-38 dərəcə, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti olub.