Xəbər lenti

Bakıda 36 yaşlı qadın intihar etdi
Ölkə17:28 08.10.2013

Bakıda 36 yaşlı qadın intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə FHN məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə intihar barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1977-ci il təvəllüdlü Kərimova Hicran Həmidağa qızı doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü aşağı atıb və binanın yaxınlığında olan birmərtəbəli tikilinin damına düşərək vəfat edib.
 
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər. Xilasedicilər eyni zamanda baş vermiş hadisənin təhqiqatına köməklik məqsədilə H.Kərimovaya məxsus mənzilin giriş qapısını açıb və hüquq mühafizə orqanları əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıblar.
 
Əməliyyat saat 19:25-də başa çatıb.


Qaynar.info