Xəbər lenti

Bakıda 56 yaşlı kişini vurub qaçdılar
Ölkə06:32 18.10.2016

Bakıda 56 yaşlı kişini vurub qaçdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.
 
Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.
 
Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.
 
Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür.

Qaynarinfo.Az