Xəbər lenti

Bakıda ağdamlı məcburi köçkün həmyerlisini öldürdü
Ölkə07:10 16.06.2015

Bakıda ağdamlı məcburi köçkün həmyerlisini öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Ağdam rayonundan məcburi köçkün olan, 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlu aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən M. Xoştərov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info