Ötən gecə Bakıda ağır yol qəzası baş verib. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, FHN-in qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqınada məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfər yaralanı çıxarıblar.