Xəbər lenti

Bakıda ağır qəza - 5 nəfər xəsarət aldı (VİDEO)
Ölkə05:27 13.02.2020

Bakıda ağır qəza - 5 nəfər xəsarət aldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Suraxanı rayonunda iki avtomobilin toqquşması beş nəfərin yaralanmasına səbəb oldu.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, "Tofaş” və "Opel” markalı avtomobillərin iştirakı ilə baş verən qəza Suraxanı rayonunun Bahar qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində Opelin sürücüsü İntiqam Məmmədov, Tofasin sürücüsü Fərhad Səfərov, sərnişinlər Sergey Ustinov, Zəminə Qasımova, Sərxan Abuluaslanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları aparılan avtoekspertizanın sonunda bəlli olacaq.
<iframe src="http://baku.tv/embed/14341" width="640" height="360" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">