Xəbər lenti

Bakıda ana doğuş zamanı komaya düşdü
Ölkə08:12 13.01.2014

Bakıda ana doğuş zamanı komaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən ana hazırda komadadır.

Bu barədə qızın atası Nadir Lalayev ans press-ə məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib. Sonradan Günayı yenidən əməliyyat etsələr də heç bir xeyri olmayıb və qadın komaya düşüb.

Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib. Hazırda qadın süni nəfəs aparatına qoşulub.

Qaynar.info