Xəbər lenti

Bakıda AŞPA-nın iclası keçiriləcək
Ölkə11:33 08.06.2013

Bakıda AŞPA-nın iclası keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 11-də Milli Məclisin və Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf  komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rifahı-cəmiyyətin rifahının göstəricisidir” mövzusunda konfrans keçiriləcək.

Parlamentdən verilən məlumata görə, tədbir Avropa Şurasının “Uşaqlara  qarşı cinsi  zorakılıqla mübarizədə parlamentlərin birliyi: Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində həyata  keçirilir.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin komitə sədri, AŞPA sədrinin müavini Səməd Seyidov, millət  vəkili, qurumun Sosial məsələlər, səhiyyə  və davamlı inkişaf  komitəsinin üzvü Sevinc Fətəliyeva açılış nitqi  söyləyəcəklər.

Konfrans çərçivəsində AŞPA-nın xüsusi Alt  Komitəsinin iclası, uşaqların cinsi zorakılıqdan  qorunmaları üçün effektiv tədbirlər, kiber mühitdə uşaqların təhlükəsizliyi, uşaqlara qarşı  zorakılıqla mübarizədə müxtəlif ölkələrin təcrübəsi mövzularında sessiyalar keçiriləcək.

“Uşaqların cinsi  istismar və seksual xarakterli  hərəkətlərdən qorunması haqqında Avropa Şurası Konvensiyası” parlament üzvləri üçün vəsait şəklində dərc edilib.

Tədbirin yekununda kitab təqdimatı olacaq.

Qaynar.info