Xəbər lenti

Bakıda avtobos qəzası: 2 nəfər yaralandı
Ölkə20:54 30.10.2014

Bakıda avtobos qəzası: 2 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. 

Аvtobusunun qəzaya uğraması nəticəsindən yaralananların adları məlum olub. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Bunlar 21 yaşlı Məmmədova Zərifə Bəhlul qızı və 27 yaşlı Zeynalova Günay Bilal qızıdır. Hər iki yaralı Biləcəri dəmiryolu xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Polis İdarəsindən o da bildirilib ki, sərnişin avtobusunun sürücüsü yolun kənarında dayanan "MAZ" markalı yük avtomobilini görmədiyindən ona çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info