Xəbər lenti

Bakıda avtomobil aşdı, ölən var
Ölkə06:31 29.03.2013

Bakıda avtomobil aşdı, ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər rayonunda avtomobil aşıb, sürücü ölüb.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, Xəzər rayonu Buzovna-Maştağa yolunun 1-ci km-də 1962-ci il təvəllüdlü Əliyev Ələkbər Hacıməmməd oğlu idarə etdiyi "Mercedes Benz - 230" markalı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. // Trend