Xəbər lenti

Bakıda avtomobil aşdı: ölən və xəsarət alanlar var
Ölkə06:14 01.07.2013

Bakıda avtomobil aşdı: ölən və xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müşviqabad - Qızıldaş yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 30-u saat 17:40 radələrində, Müşviqabad - Qızıldaş yolunda Bakı şəhər sakini Mehdi Adıyev idarə etdiyi "KİA" markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Nəticədə Ağayevin özü və sərnişini Validə Cümşüdova xəstəxanaya yerləşdiriliblər, digər sərnişin Aybəniz Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Qaynar.info