Xəbər lenti

Bakıda bahalı geyim dükanları ard-arda bağlanır - FOTOLAR
Ölkə13:15 28.08.2015

Bakıda bahalı geyim dükanları ard-arda bağlanır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bahalı geyim dükanlarının bir neçəsi bağlanıb. 

Qaynar.info virtualaz.org-a istinadən bildirir ki, paytaxtın Zərifə Əliyeva, Rəsul Rza, Səməd Vurğun və Üzeyir Hacıbəyli küçələrində də fəaliyyətini dayandıran xeyli butik var. Onların demək olar ki, hamısının üzərində “İcarəyə verilir” elanı asılıb.

Bu butiklərin yalnız bir-ikisi hələ fəaliyyətdədir, amma mağazada qalan malların satılması üçün yüksək endirimlər elan edilib.

Həmin dükanların da qarşısından icarəyə verilmələri haqda elan asılıb. Bir neçəsinin üzərində isə mağazaların köçəcəyi yeni ünvanlar qeyd olunub. Yəni onlar fəaliyyət göstərməkdə davam edəcəklər, amma daha mərkəzdə yox. Görünür, burada iqtisadi böhranın təsirləri də öz sözünü deyib.

Onu da qeyd edək ki, fəaliyyətini dayandıran təkcə geyim mağazaları deyil, onların arasında zinət əşyaları satılan dükanlar da var.

Qaynar.info