Bakıda Belarus Respublikasının səfirliyinin yeni binasının açılışı olub.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko da iştirak edib. Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb. Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Məlumat verilib ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanılıb. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub. Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar,səfirliyin həyətində ağac əkiblər.
Daha sonra prezidentlər Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.
Qaynar.info