Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.
Əlavə məlumat veriləcək.
10:55
Bakıda yaşayış binasında yanğın başlayıb.
"Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/1_F3VwG8wJA" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">