Xəbər lenti

Bakıda bina çökür: sakinlər imdad diləyir - VİDEO
Ölkə13:12 19.06.2014

Bakıda bina çökür: sakinlər imdad diləyir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axar.az xəbər verir ki, 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi, bina 28-in zirzəmisində iyrənc şərait yaranıb. 

Binanın zirzəmisini kanalizasiya suları basıb. Nəticədə, adı çəkilən ərazidə anti-sanitariya hökm sürür, vəziyyət o həddə çatıb ki, zirzəmidə toplanmış kanalizasiya sularının üfunətli qoxusundan binadakı mənzillərdə yaşamaq mümkünsüz olub. 

Ağcaqanad əlindən tərpənmək olmur. Sakinlərin dəfələrlə Mənzil İstismar Sahəsinə şikayət etməsinə baxmayaraq, onların probleminə hələ də əlac tapan olmayıb.