Xəbər lenti

Bakıda binada top mərmisi tapılıb
Ölkə17:20 24.04.2014

Bakıda binada top mərmisi tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda döyüş sursatı aşkarlanıb. 
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda inzibati binanın zirzəmisində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşkarlanmış sursatın 1 ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər tərəfindən əraziyə baxış keçirilib və digər döyüş sursatları aşkar edilməyib.
Qaynar.info