
Sərxoş kişi mübahisə qurbanı olub
Bakı sakini həmcinsini bir yumruqla öldürdü. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 20-də Xəzər rayonu Şağan qəsəbə sakini Xəqani Çələbiyevin sərxoş halda həyətində yıxılması və aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat verilib.
Məlumatla əlaqədar Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən araşdırma apaçrılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Azad Məmmədovun münaqişə zəminində X.Çələbiyevi yumruqla vurmasından ölməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Məmmədov tutulub və ondan 0,78 qram həşiş götürülüb.
Qaynar.info