
"Zero" Nəşriyyatında çap olunan Dünya şöhrətli yazıçı Xose Luis Borxesin "Ölümsüz" adlı hekayələr kitabının təqdimatı olub.
Qaynar.info-nun verdiyi xəbərə görə "Yeraltından Kitablar" tərəfindən təşkil olunan təqdimatda yazıçının Cib kitabı formatında çap olunan hekayələr kitabı oxuculara təqdim olunub.
Təqdimatda həmçinin "Zero" Nəşriyyatında bundan əvvəl Cib Kitabları seriyasından çap olunan Frans Kafkanın hekayələr, Umberto Econun esselər, Somorset Moemin hekayələr və Şərif Ağayarın şeirlər kitabı da nümayiş olunub və oxucular həmin kitabları da əldə edə biliblər.
Qeyd edək ki, X. L. Borxesin "Ölümsüz" adlı hekayələr kitabının qiyməti 2.5 AZN-dir və şəhərin kitab mağazalarında satılır.
Qaynar.info







