Xəbər lenti

Bakıda bu bina uça bilər - VİDEO
Ölkə07:44 19.02.2015

Bakıda bu bina uça bilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suraxanı rayonu, Ələkbərov küçəsi, 41 ünvanında yaşayan sakinlər bir gün binanın onların üzərinə uçacağından ehtiyat edirlər. ANS TV-nin məlumatına görə, sakinlər deyirlər ki, tikili günü-gündən dağılır. 
Yaşayış evində məskunlaşan 7 ailə dözülməz həddə çatan vəziyyətlə üz-üzə qalıb. Bir əsrlik yaşı olan binanın divarları içəridən ovularaq tökülür. Tikilinin dam örtüyü tamamilə sıradan çıxıb.
Sakinlərin sözlərinə görə, yağış yağan kimi damın suyu mənzillərinin içərisinə axır. Nəticədə də mənzillərdəki divar kağızları yararsız hala düşür. Üstəlik, yaranan nəmişlik otaqlarda havasızlığa səbəb olur.
Sakinlər bildiriblər ki, problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət də ediblər. Amma bir nəticə yoxdur.
“Yaşamaq mümkün deyil. Binanın dörd bir tərəfi uçub-dağılır. Hazırda yolların təmiri həyata keçirilir. Amma bizim binaya nəzər yetirən yoxdur”, - deyə şikayətçi Natalya Məmmədova bildirib.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən şifahi olaraq bildiriblər ki, rayonun qəzalı evlərilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhəri İcra Hakimiyyətinə məlumat verilib. Bu barədə göstəriş olarsa, sakinlərin probleminə baxıla bilər.
Ümid edirik ki, həmin ərazinin yol kənarı diqqətdən qalmadığı kimi, sakinlərin yaşadığı, uçulmaqda olan binaya da bir göz gəzdirən tapılar. Ən azı, hər hansı bir bədbəxt hadisə baş verməmiş.
Qaynar.info