Xəbər lenti

Bakıda bu binalarda istilik yoxdur (VİDEO)
Ölkə18:31 16.11.2021

Bakıda bu binalarda istilik yoxdur (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xətai rayonu, Gəncə prospekti 89-95 ünvanlarında yerləşən binalarda istilik yoxdur.
Qaynarinfo xezerxeber.az-a istinadən xəbər verir ki, dünəndən Bakıda istilik mövsümünə rəsmi olaraq başlansa da, bəzi binaların sakinləri istilik üzünə həsrət qalıblar.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, amma şikayətləri cavabsız qalıb.
Havaların qeyri-sabit keçməsi isə soyuq evlərin sakinlərinin vəziyyətini daha da çətinləşdirib.
Məsələ ilə bağlı "Azəristiliktəchizat"ın rəsmisi Rafiq Əliyev bildirib ki, qazanxanalar qrafik üzrə işə salınır. Həmin binalar da qrafikə əsasən bu gün gecədən etibarən istiliklə təmin olunacaqlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
<iframe width="640" height="350" src="https://www.youtube.com/embed/PfAv49wTJQM" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">